Mövsümün sonunda komandanı tərk edəcək - 80 milyona satılacaq

19 Fevral 2024 00:10 İspaniya 454
Mövsümün sonunda komandanı tərk edəcək - 80 milyona satılacaq

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq mövsümün sonunda komandanı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, niderlandlı PSJ-nin transfer siyahısındadır.

Kataloniya klubunun rəhbərliyi De Yonqu yüksək qiymətə sataraq, maliyyə aslılığından qurtulmağı planlaşdırır. De Yonqun xidmətində maraqlı olan tək komanda PSJ deyil.

Belə ki, "Mançester Yunayted" və "Çelsi" də onun uğrunda mübarizə aparır. İspaniya nəhəngi futbolçusunu 80 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

2019-cu il iyulun 1-də "Barsa"ya keçən 26 yaşlı futbolçu 2026-cı il iyunun 30-na qədər hazırkı komandasına məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 20:00 Çək və bizə göndər!
20 Aprel 11:30 Həm SİZ, həm BİZ...