“Real”? Xeyr, mən uşaqlıqdan “Barselona” azarkeşiyəm”

25 Sentyabr 2022 00:20 İspaniya 440
“Real”? Xeyr, mən uşaqlıqdan “Barselona” azarkeşiyəm”

“Valensiya”nın ispaniyalı yarımmüdafiəçisi Niko Qonsales özünü “Real”ın futbolçusu kimi görmədiyini deyib.

Sportinfo.az xəbər verir ki, o, uşaqlıqdan “Barselona” azarkeşi olduğunu bildirib:

"Real”? Xeyr, mən uşaqlıqdan “Barselona” azarkeşiyəm. “Valensiya”da çox xoşbəxtəm, “Barsa”da da xoşbəxt idim. Karyeramı Madriddə bitirəcəyimi düşünmürəm”.

Qonsales 2013-2020-ci illərdə “Barselona”nın gənclər komandasında çıxış edib, 2021-ci ildə əsas heyət oyunçusu olub.

Onun Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Niko hazırda icarə əsasında “Valensiya”da çıxış edir. O, bu mövsüm La Liqada 6 oyun keçirib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!