Ərəblər tanınmış ispaniyalı hücumçunu icarəyə götürdü

18 Avqust 2022 12:20 İspaniya 960
Ərəblər tanınmış ispaniyalı hücumçunu icarəyə götürdü

"Vilyarreal" hücumçusu Pako Alkaseri icarəyə verib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

İspaniyalı forvard "Şardja"ya keçib.

Pako Alkaser 2022/2023 mövsümünü icarə əsasında burada keçirəcək. "Şardja" təcrübəli qolçunu birdəfəlik transfer etmək hüququna sahibidr.

Pako Alkaser "Vilyarreal"a 2020-ci ilin qışında Dortmund "Borussiya"sından transfer olunub.

O, son mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 23 matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM