“Ona dedim ki, tərəddüd etmə, “Barselona”ya get”

6 İyul 2022 10:00 İspaniya 622
“Ona dedim ki, tərəddüd etmə, “Barselona”ya get”

Keçmiş futbolçu Yaya Ture yarımmüdafiəçi Frank Kessyeyə “Barselona”ya keçməyi məsləhət gördüyünü deyib.

Sportinfo.az xəbər verir ki, vaxtı ilə “Barselona”da forma geyinən Ture, Kessyeyə Kataloniya klubuna keçmək üçün tərəddüd etməməli olduğunu bildirib:

“Düzdür, “Barselona” ilə danışıqlar zamanı ona zəng etmişəm. Əlaqə saxladıq və bu klubu yaxşı tanıdığım üçün bir neçə dəfə mənə zəng etdi.

Mən ona dedim ki, tərəddüd etmə, getmək istəyirsə, “Barselona”ya getməlidir”.

İyulun 4-də “Barselona” Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Frank Kessye ilə müqavilə imzaladığını açıqlayıb. Futbolçu “Milan”la müqaviləsi başa çatdıqdan sonra “Barsa”ya azad agent kimi qoşulub.

Kessyenin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu