“Messi “Barselona”ya qayıtsa, xoşbəxt olaram” – Laporta

16 May 2022 10:20 İspaniya 732
“Messi “Barselona”ya qayıtsa, xoşbəxt olaram” – Laporta

“Barselona”nın prezidenti Xuan Laporta etiraf edib ki, Lionel Messi kluba qayıtsa, xoşbəxt olacaq.

Sportinfo.az xəbər verir ki, Laporta jurnalistin “Messinin geri qayıtmasını istərdinizmi” sualına “Bəli, əlbəttə istəyərəm. Xoşbəxt olaram” deyə, cavab verib.

Daha əvvəl argentinalı futbolçunun atasının mümkün qayıdışla bağlı “Barselona” ilə əlaqə saxladığı bildirilmişdi.

Messi 2021-ci ilin yayında “Barsa”dan PSJ-yə keçib.

O, cari mövsümdə 26 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda