"Real” “el klasiko”da "Barselona"nı uddu, lider oldu - VİDEO

24 Oktyabr 2021 20:14 İspaniya 623
"Real” “el klasiko”da "Barselona"nı uddu, lider oldu - VİDEO

İspaniya La Liqasında X turun mərkəzi görüşü "Barselona" və "Real" arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, "Kamp Nou" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 32-ci dəqiqədə David Alaba açıb. 90+4-cü dəqiqədə isə Lukas Vaskes fərqi artırıb. 90+7-ci dəqiqədə isə Serxio Aqüero "Barselona"nın təsəlli qolunun müəllifi olub.

Bununla da 9 oyundan 20 xal yığan "Real Madrid" ilk pillədə yer alıb. "Barselona" isə 15 xalla 8-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!