“Real”da “bal ayı”nı keçirir: “Burada uzun müddət qalacam”

21 Sentyabr 2021 18:40 İspaniya 488
“Real”da “bal ayı”nı keçirir: “Burada uzun müddət qalacam”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Ançelotti İspaniya çempionatının startında “Real”ın nəticəsindən razı olduğunu bildirib.

O, bəzi futbolçuların getməsinin İspaniya çempionatına təsir etdiyini də bildirib:

“Hamı kimi biz də çempionata bəzi çətinliklərlə başladıq. Amma komanda ruhumuz güclü idi. Ona görə də problemləri həll edə bildik.

Bəli, İspaniya çempionatı vacib futbolçulardan məhrum oldu. Amma La Liqada yenə də səviyyəli oyunçular var. Xoşbəxtlikdən Vinisius “Real”da oynayır.

İndi mən “Real”da “bal ayı”mı keçirirəm. Ümid edirəm ki, burada uzun müddət qalacam”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!