Məşhur hücumçu paytaxt klubuna baş məşqçi kimi qayıtdı

26 İyul 2021 18:20 İspaniya 1 075
Məşhur hücumçu paytaxt klubuna baş məşqçi kimi qayıtdı

Fernando Torres məşqçi karyerasına başlayıb.

Sportinfo.az xəbər verir ki, məşhur sabiq hücumçu “Atletiko”nun akademiyasında çalışacaq.

Torres gənclər yığmasının baş məşqçisi təyin edilib. “atletiko”nun mətbuat xidmətinin yaydığı məlumatda deyilir:

“Torres evinə qayıtdı. “Qırmızı-ağlar”ın əfsanəsi gənclər yığmamızı çalışdıracaq. O, bizim kluba doğmadır. 1995-ci ildə, 11 yaşında “Atletiko” akademiyasına qəbul olunub. Evinə xoş gəldin, Fernando”.

Torres karyerasını 2019-cu ildə bitirib. O. karyerası ərzində “Liverpul”, “Çelsi”, “Milan” kimi klublarda da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız