“Bu, bizim istədiyimiz şeydir, sözlərim səs-küy qaldıracaq”

13 May 2021 00:14 İspaniya 633
“Bu, bizim istədiyimiz şeydir, sözlərim səs-küy qaldıracaq”

"Real"ın baş məşqçisi Zinəddin Zidan növbəti dəfə hakimlərin səhv qərarları və VAR sistemi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis "Marca"ya açıqlamasında deyib:

"Futbolçular yaxşı oyun göstərmək istəyirlər. Bu, bizim istədiyimiz şeydir. Qələbə qazanmaq üçün mübarizə aparacağıq.

İndi yalnız bu barədə düşünürük. Artıq hakimlərdən, onların yalnış qərarlarından danışmaq istəmirəm.

Bu mövzuda bir daha açıqlama verməyəcəyəm. Çünki sözlərim səs-küy qaldıracaq. Öz işimizi görmək istəyirik. VAR futbola kömək edir.

Ancaq fikrimcə, bəzi məqamlara aydınlıq gətirilməlidir. Bunun üçün futbol adamlarının bir araya gəlməsi və müzakirələr aparması lazımdır".

Zidan daha əvvəl La Liqanın 35-ci turunda "Sevilya" ilə matçdan (2:2) sonra hakimlikdən şikayətlənmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!