COP29

“Ola bilsin ki, bu, bəzilərinin xoşuna gəlmir, amma həqiqət belədir”

12 İyun 12:20 İspaniya 1 156
“Ola bilsin ki, bu, bəzilərinin xoşuna gəlmir, amma həqiqət belədir”

“Barselona”nın sabiq futbolçusu Andres İnyesta ispaniyalı mütəxəssis Xosep Qvardiolanın rəhbərliyi altında keçirdiyi vaxtları xatırlayıb.

Sportinfo.az “Infosfcb”-ə istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu, Qvardiolanın futbolun bütün prinsiplərini məhv etdiyini bildirib:

“Qvardiola mənim üçün nümunə idi. Təsəvvür edin ki, o, mənim məşqçim olanda necə idi.

Onun “Barsa”dakı işi inanılmaz idi, futbolun bütün prinsiplərini məhv etdi. Ola bilsin ki, bu, bəzilərinin xoşuna gəlmir, amma bu, həqiqətən də belədir”.

“Barselona” Qvardiolanın rəhbərliyi altında 3 dəfə İspaniya çempionu, həmçinin 2 dəfə Çempionlar Liqası və ölkə kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?