“Barselona”da Suaresə deyiblər ki, daha qocasan, o da...

23 Fevral 2021 18:20 İspaniya 698
“Barselona”da Suaresə deyiblər ki, daha qocasan, o da...

“Atletiko”nun hücumçusu Luis Suares “Barselona”dan ayrılması haqda danışıb.

Sportinfo.az xəbər verir ki, “Barselona”da Suaresə yaşlandığını xatırladıblar. Bu da onu qəzəbləndirib:

“Mənə dedilər ki, artıq qocalıbsan, yüksək səviyyədə, böyük komandada oynamaq qabiliyyətini itiribsən.

Bu da məni qəzəbləndirdi. Əsas məsələ şüurdur.

Sarsılmaz olmaq və çətin vəziyyətlərdən çıxmaq üçün gücə sahib olmaq vacibdir. Bu, həmişə mənim ən güclü nöqtəm olub, çətin anlarda təslim olmadım.

Məhz bu amil “Atletiko”ya keçməyimə stimul oldu. Əsas məqsədim o idi ki, hər kəsə sübut edim ki, mənə hələ də güvənmək olar”.

Digər Xəbərlər
Xəbər Lenti