
Yeni mövsümə hazırlaşan "Turan Tovuz" yoxlama oyununda qüvvəsini sınayıb.
Sportinfo.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv "Kəpəz"lə üz-üzə gəlib.
Qəbələdə keçirilən qarşılaşma tovuzluların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Turan Tovuz" Qəbələ toplanışı çərçivəsində keçirdiyi ilk hazırlıq matçında II Liqa təmsilçisi "Şəmkir"i 13:0 hesabı ilə məğlub edib.