76 milyon maaş, 3 illik müqavilə - Ərəblərdən Premyer Liqanın ulduzuna təklif

28 Avqust 2023 01:30 İngiltərə 712
76 milyon maaş, 3 illik müqavilə - Ərəblərdən Premyer Liqanın ulduzuna təklif

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə klubuna Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçmək istədiyini bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti tviter hesabında məlumat verib.

Mənbənin məlumatına görə, Səudiyyə klubu cavab vermək üçün “Liverpul”a avqustun 28-dək vaxt verib.

Daha əvvəl “Əl-İttihad”ın misirli hücumçuya 76 milyon avro maaşla üç illik müqavilə təklif etdiyi bildirilirdi.

iSalah ötən mövsüm “Liverpul”un heyətində Premyer Liqada 38 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə verib.

Transfermarkt portalının məlumatına görə, misirlinin bazar dəyəri 65 milyon avrodur. Onun “Liverpul”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti