COP29

Səs-küylü transferlərə ehtiyac olsa, rəhbərlik bunu edəcək

16 İyul 2020 11:48 İngiltərə 703
Səs-küylü transferlərə ehtiyac olsa, rəhbərlik bunu edəcək

Sportinfo.az xəbər verir ki, “Liverpul” son illər dünyanın ən güclü klublarından birinə çevrilib.

Yurgen Kloppun komandasının göstərdiyi futbol çoxlarını heyran edir.

Ötən mövsüm ÇL-də zəfər yaşayan “qırmızılar” cari “futbol ili”ndə İngiltərə çempionu da olmağı bacardılar. Klubun sabiq müdafiəçisi Ceymi Karrager bu haqda danışıb.

O, uğurlara sevinməklə bərabər, inkişaf etmək haqda da düşünməyin vacib olduğunu bildirir. İngiltərəli, heyətin gücləndiriləcəyinə ümid edir.

* “Liverpul” cari mövsüm böyük uğur qazandı. Klub son illərdə addım-addım inkişaf edirdi. Azarkeşlər çempionluq həsrətində idilər. Yurgen Kloppun komandası onları sevindirməyi bacardı. Uğurun davamını gətirmək lazımdır. Böyük komandalar məhz belə edirlər. Təbii ki, bir titulun kifayət etmədiyini demirəm. Ümumiyyətlə, belə deyənləri başa düşmürəm. Amma “Liverpul” inkişafını davam etdirməlidir. Premyer Liqada rəqabət güclüdür. Ən güclü komanda da inkişaf etməyəndə onu məğlub edirlər. Növbəti mövsüm İngiltərə çempionatında çox şey dəyişəcək. Buna əmin ola bilərsiniz. “Liverpul”un rəqibləri heyətini gücləndirəcəklər. Artıq bəzi klublar hərəkətə keçiblər. Çempionatda fərqli mənzərə yaranacaq. “Qırmızılar” bunu nəzərə almalıdır. Titilu qorumaq üçün hər şeyə hazır olmaq lazımdır.

* “Liverpul”un yayda transfer bazarını “partladacağını” düşünmürəm. Belə düşünməyimin səbəbləri var. Komandanın heyəti güclüdür. Ola bilər ki, gələn il belə olsun. Klubun səs-küylü transferlərə ehtiyacı olsa, rəhbərlik bunu edəcək. Hazırda dünyada mürəkkəb vəziyyət yaranıb. Bu durum futbola da təsir edir. Klubların maliyyə vəziyyəti yaxşı deyil. Bu səbəbdən gözlənilən transferlərin həyata keçməməyi anlaşılandır. Heç kimi belə vəziyyətdə tənqid etmək doğru deyil. Pandemiya dövründə oyunçulara böyük pullar xərcləmək risklidir. “Liverpul”un rəhbərliyi də bunu yaxşı anlayır.

* Heyətin güclü olduğunu qeyd etdim. Komanda cari mövsüm əla oyun nümayiş etdirir. Amma müəyyən problemlər də var. Məsələn, rəhbərlik forvard transfer etsə, yaxşı olar. Qəribə səslənsə də, hücumu gücləndirmək lazımdır. Sol cinah müdafiəçisi mövqeyinə də futbolçu almaq olar. Müdafiənin mərkəzində və yarımmüdafiə xəttində hər şey qaydasında görünür. Artıq transferə ehtiyac yoxdur.

* Bəzi oyunçuların komandanı tərk edəcəyi bəllidir. Məsələn, Lallana və Şakiri kimi futbolçuların gedəcəyi gözlənilir. Bu səbəbdən heyəti zənginləşdirmək yaxşı olardı. Növbəti mövsümün daha çətin olacağını deyə bilərik. Titulu qorumaq asan deyil. Mövcud vəziyyətdə İngiltərə çempionatının təqvimində də müəyyən dəyişikliklər baş verə bilər. Sıx qrafikdə isə heyətin gücü ön plana çıxır. Yəqin ki, “Liverpul”un rəhbərliyi bu məqamları diqqətə alacaq. Qeyd etdiyim oyunçuların gedişi komandanın hücum gücünü azaldacaq. Bütün bunlara baxmayaraq, Kloppun komandasına inanıram. “Liverpul” növbəti mövsüm də mübarizə apardığı bütün turnirlərdə iddialı olacaq. “Qırmızılar” parlaq futbol nümayiş etdirirlər. Həm gözəl oynamaq, həm də nəticə qazanmaq asan deyil. “Liverpul”un bu yolla irəliləməsi isə sevindiricidir.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!