Premyer Liqa klubu bu ayrılığa razıdır: Qoy, gedib…

8 İyul 2020 20:40 İngiltərə 1 168
Premyer Liqa klubu bu ayrılığa razıdır: Qoy, gedib…

“Vulhverhempton”da çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov mövsümün sonunda klubunu dəyişə bilər.

Sportinfo.az “coventrytelegraph.net” saytına istinadən xəbər verir ki, “Koventri” oyunçunu transfer etməkdə israrlıdır.

Bildirilir ki, Çempionşip təmsilçisinin baş məşqçi Mark Robins Renatın heyətə cəlb edilməsini tələb edir. Ancaq xəbərdə “Birmingem Siti”nin də hücumçu ilə maraqlandığı vurğulanıb.

Birmingem təmsilçisi hələ yanvarda futbolçunu transfer etmək istəsə də, millimizin üzvü onların təklifini geri çevirmişdi. Lakin komanda yenidən Dadaşovun keçidi ilə maraqlanmağa başlayıb. Xəbərdə iki klubun da 21 yaşlı futbolçu üçün iddialı olduğu bildirilib.

“Vulverhempton”un baş məşqçisi Nuno Espirito Santonun isə Renatın birdəfəlik satılmasını razı deyil. Ancaq portuqaliyalı çalışdırının oyunçunun inkişaf etməsi üçün icarəyə verilməsinə müsbət yanaşdığı vurğulanıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu