“Daha da güclü olmaq üçün işə davam etməli, neqativ məsələlərdən uzaq qalmalıyam”

13 Avqust 2023 16:55 İngiltərə 952
“Daha da güclü olmaq üçün işə davam etməli, neqativ məsələlərdən uzaq qalmalıyam”

“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının 1-ci turunun “Bernli” ilə görüşünü (3:0) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, topa yaxşı nəzarət etdiklərini bildirib:

“İki aylıq fasilədən sonra yenə çempionat oyunlarına çıxmaq yaxşıdır. Qələbə ilə start vermək əladır.

Topa yaxşı nəzarət etdik. Hələ marafonun başlanğıc nöqtəsindəyik.

Daha da güclü olmaq üçün işə davam etməli, neqativ məsələlərdən uzaq qalmalıyam”.

Norveçli forvard ölkə çempionatının açılış matçında dubla imza atıb.

“Şəhərlilər” avqustunda 16-da UEFA superkuboku çərçivəsində “Sevilya” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti