“Araz-Naxçıvan” Tacikistan klubunu 4:1 "yerə parçaladı"

18 Avqust 2023 01:10 İngiltərə 1 398
“Araz-Naxçıvan” Tacikistan klubunu 4:1 "yerə parçaladı"

Futzal üzrə UEFA Çempionlar Liqasına hazırlığını davam etdirən “Araz-Naxçıvan” 2 yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, ölkə çempionu “Olimpik Star”da Tacikistan təmsilçisi “İstiqlol”la qarşılaşıb.

Komandaların ilk görüşündə Düşənbə təmsilçisi qələbə qazanıb – 5:2. Bu gün keçirilən dueldə isə sevinən tərəf “Araz-Naxçıvan” olub.

Ölkə çempionu 4:1 hesablı qələbə qazanıb. İlk qolu Lukas vurub. Daha sonra İsa Atayev fərqlənib. Ninoslav və Filipinyo son 2 qolun müəllifi olub. İlk matçda isə təmsilçimizin hər iki qoluna Amadeu imza atıb.

“Araz-Naxçıvan” Çempionlar Liqasında oyunlarını avqustun 23-də, 24-də və 26-da keçiriləcək.

İlk matçda “İstanbul Şişli” ilə üz-üzə gələcək Vitali Borisovun drujinası ertəsi gün Almaniya çempionu “Yan Regensburq”la gücünü sınayacaq. Son görüş isə Latviya “Riqa”sı ilə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR