Azərbaycanın Dianası Paris-2024-də medal şansını itirdi

30 İyul 2024 12:40 İngiltərə 883
Azərbaycanın Dianası Paris-2024-də medal şansını itirdi

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

Sportinfo.az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb.

Finişə 7 dəqiqə 53,76 saniyəyə çatan Dımçenko altı idmançı arasında dördüncü yeri tutub.

Bununla da olimpiyaçımız C/D yarımfinalına yüksəlib. 1/4 final mərhələsində ilk üç yerin sahibi A/B, digər üç olimpiyaçı C/D yarımfinalına vəsiqə qazanıb.

Təmsilçimiz 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da