İngiltərənin daha bir klubunda koronavirus aşkarlandı

27 Mart 2020 09:42 İngiltərə 413
İngiltərənin daha bir klubunda koronavirus aşkarlandı

Sportinfo.az xəbər verir ki, İngiltərənin “Brayton” klubunun baş direktoru Pol Barber komandanın oyunçularından birinin koronavirusa yoluxduğunu açıqlayıb.

"Üç futbolçunu koronavirus testindən keçirdik. Onlardan birinin testinin nəticəsi müsbət oldu. Biz müntəzəm tibbi yoxlama keçirmirik. Oyunçuları və personalı yalnız əlamətlərin yaranması zamanı yoxlayırıq. Virusa yoluxmuş oyunçu bütün lazımlı köməyi alır", - Barber deyib.

Daha əvvəl İngiltərənin 5 futbolçusunda koronavirus aşkarlanıb. Bunlar “Çelsi”, “Portsmut” və “Vest Bromviç” klublarının oyunçularıdır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"