Bəzən belə məğlubiyyətlər olur, vacib olan imtina etməməkdir

8 Dekabr 2019 23:00 İngiltərə 524
Bəzən belə məğlubiyyətlər olur, vacib olan imtina etməməkdir

İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində “Mançester Yunayted”ə 1:2 hesabı ilə məğlub olan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Sportinfo.az xəbər verir ki, məğlubiyyəti şərh edən ispan mütəxəssis, çempionluq yarışı ilə bağlı da danışıb: “1:2 hesabı ilə məğlub olmağımıza baxmayaraq, komandamı təbrik edirəm. Futbolçularım fantastik oyun göstərdilər.

Rəqib çox sürətli oynayırdı, top itirdikdə, bizə çətin olurdu. Nəticə üçün çox çalışdıq. Təəssüf ki, qolu gec vurduq və nəticəni dəyişə bilmədik. Səhv etdikcə, komanda inkişaf edəcək. Rəqibin də üstün keyfiyyətlərini inkar edə bilmərik.

Çempionluq uğrunda yarış gəlincə, irəliləməli, öz oyunumuzu göstərməliyik. Qarşıda çox matç var. Vəziyyət mürəkkəbdir, çünki rəqibin inanılmaz qələbə seriyası var, 16 oyunda 15 qələbə. “Liverpul”a çatmasaq, növbəti mövsüm yenidən cəhd edəcəyik.

Bəzən belə məğlubiyyətlər olur, vacib olan imtina etməməkdir. Bu mövsüm bütün qarşılaşmalarda istədiyimiz oyunu göstərmişik. Bəlkə də, növbəti mövsüm daha yaxşı olacağıq”.

16 turdan sonra 12 xal toplayan “Mançester Siti” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider “Liverpul”dan 14 xal geridədir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı