Azərbaycanda keçirilən toyların birində maraqlı anlar yaşanıb.
Bəylə gəlin şadlıq sarayına əllərinə boks əlcəyi geyinərək daxil olublar.
Onlar özlərni rinqdəymiş kimi aparıblar. Təəccüb içində qalan məclis əhlinin önündə boks bacarıqlarını yoxlayan cütlük sevincini gizlətməyib.
Bəyin hərəkətlərindən hiss olunub ki, o, bu idman növüylə yaxından tanışdır. Elə qız da ondan geri qalmayıb.
Toyda qeydə alınan görüntülərin sosial şəbəkələrdə heç də birmənalı qarşılanmadığını deyək. İstifadəçilərin bir qismi bu hərəkətə görə onları qınayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
