"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, İsveçrədə "Fribur Olimpik"in qonağı olan Azərbaycan təmsilçisi H qrupundakı üçüncü matçında rəqibinə məğlub olub - 73:78.
"Neftçi" daha əvvəl müntəzəm mövsümdə Yunanıstan təmsilçisi "Mikonos"a (58:78) və Latviyanın VEF kollektivinə uduzub - 94:110.
