"Karyeramı çoxdan bitirmişəm, amma bu qərar 4 ay əvvəl mən Çində olanda çıxdı”

07:40 Boks 117
"Karyeramı çoxdan bitirmişəm, amma bu qərar 4 ay əvvəl mən Çində olanda çıxdı”

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) cəzalandırdığı boksçu Daniel Holostenko karyerasını bitirib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə "report"a açıqlama verib.

Yeniyetmə və gənclər arasında Azərbaycan çempionu olmuş D.Holostenko uzun müddət boksla məşğul olmadığını söyləyib:

"Mən karyeramı çoxdan bitirmişəm, təxminən 9 ay əvvəl. Amma bu qərar üç ay əvvəl mən Çində olanda çıxdı.

Niyə məhz indi, mən Bakıya yeni gələn vaxt dərc etdiklərini başa düşmürəm".

AMADA ötən gün Daniel Holostenkonun 2 illik cəzalandırıldığını açıqlayıb. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM