AFFA prezidenti: “Böyük həvəslə oynayın, ədalətli mübarizə aparın, hər anından zövq alın”

AFFA prezidenti: “Böyük həvəslə oynayın, ədalətli mübarizə aparın, hər anından zövq alın”

"Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq".

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA prezidenti Rövşən Nəcəf şəxsi instaqram hesabında paylaşım edib.

O, Azərbaycanın Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalına hazır olduğunu bildirib:

"Ölkəmiz FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırdır! Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq.

İnanıram ki, bu tədbir iştirakçılara beynəlxalq təcrübə, yeni dostluqlar və unudulmaz anlar qazandıracaq. Millimiz də daxil olmaqla, bütün komandalara uğurlar arzulayıram.

Əziz gənc futbolçular, böyük həvəslə oynayın, ədalətli mübarizə aparın və hər anından zövq alın.

Bəlkə də gələcəyin futbol ulduzları ilk böyük addımlarını məhz burada atacaqlar. Azərbaycana, Bakıya xoş gəlmisiniz!", - deyə AFFA prezidenti vurğulayıb.

U-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

Digər Xəbərlər
Xəbər Lenti