Azərbaycan komandası İraqdakı yarışda iştirak edəcək

08:00 Atçılıq 84
Azərbaycan komandası İraqdakı yarışda iştirak edəcək

Azərbaycanın kamandan oxatma millisi oktyabrın 24-29-u aralığında İraqın Süleymaniyyə şəhərində keçiriləcək "Asiya Kubokunun II mərhələsi - dünya reytinq turniri"ndə iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, yarışda beş idmançımız mübarizə aparacaq.

Turnirdə Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva qatılacaq.

İdmançılar açıq havada, 70 metr məsafədə recurve (klassik yay) növü üzrə fərdi, komanda və qarışıq komanda yarışlarında mübarizə aparacaqlar. Komandaya baş məşqçi Natiq Fazilov və məşqçi Roman Venqerov rəhbərlik edəcəklər.

Dünya reytinq turniri idmançılar üçün beynəlxalq rəqabət şəraitində çıxış etmək, təcrübə qazanmaq və reytinq xallarını artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM