Niderlandlı müdafiəçini icarəyə götürmək istəyirlər - İtaliya klubundan

3 Dekabr 2025 10:20 İngiltərə 863
Niderlandlı müdafiəçini icarəyə götürmək istəyirlər - İtaliya klubundan

“İnter”in müdafiəçisi Stefan de Vrey qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb. 33 yaşlı futbolçu ilə Premyer Liqa təmsilçisi “Nottingem Forest” maraqlanır.

De Vreyin “İnter”lə müqaviləsinin müddəti yayda başa çatacaq. Niderland millisinin baş məşqçisi Ronald Kuman isə ona dünya çempionatına düşmək üçün müntəzəm oyun praktikasına ehtiyac duyduğunu bildirib.

Bu səbəbdən, niderlandlı futbolçunun qışda “Nottingem Forest”ə icarəyə yollanması mümkündür.

De Vrey 2018-ci ildən Milan klubunun heyətində çıxış edir. O, cari mövsümdə bütün turnirlər üzrə 5 matça çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü