“Onlar arasında seçim etmək mümkün deyil” - “Mançester Yunayted”in yarımmüdafiəçisi

10:00 İngiltərə 47
“Onlar arasında seçim etmək mümkün deyil” - “Mançester Yunayted”in yarımmüdafiəçisi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro “Real”dakı sabiq komanda yoldaşları Toni Kroos və Luka Modriç haqqında danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bunu deyib:

“Kroos və Modriç arasında seçim etmək sadəcə mümkün deyil. Onların hər ikisi ilə əla əlaqəm var.

Kroos daha çox meydanda nəzarətə cavabdeh idi. Modriç isə sehrlidir, o, meydanda inanılmaz işlər görür”.

Hər üç futbolçu Madrid klubunda yarımmüdafiə üçlüyünü formalaşdıraraq, komandaya çoxsaylı kuboklar qazandırıb.

Daha sonra Kazemiro 2022-ci ildə “Mançester Yunayted”ə transfer olunub. Kroos 2024-cü ildə futbolçu karyerasını sonlandırıb. Modriç isə bu ilin yayından bəri “Milan”da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 18:10 Çək və bizə göndər!
1 Dekabr 17:20 II Liqada 4:1 günü