“Mançester Siti” qış transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.
Sportinfo.az “The Times”-a istinadən xəbər verir ki, “şəhərlilər” qış transfer dövrü üçün “Bornmut”un 25 yaşlı hücumçusu Antuan Semenyonu hədəfə alıb.
“Mançester Siti” qanalı vingerin müqaviləsində yer alan çıxış maddəsini aktivləşdirə bilər.
Belə olan halda, Mançester təmsilçisi Semenyonun keçidi üçün təxminən 74 milyon avro ödəməlidir.
Semenyo 2023-cü ilin yanvarından “Bornmut”da çıxış edir. O, cari mövsümdə Premyer Liqada 12 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

