“Everton”un 25 yaşlı hücumçusu İliman Ndiaye ilə İngiltərə Premyer Liqasının bir neçə klubu maraqlanır.
Sportinfo.az “Footmercato”-ya istinadən xəbər verir ki, onun xidmətində “Liverpul”, “Mançester Siti” və “Tottenhem” klubları maraqlıdır.
Forfardın transfer dəyəri 35 milyon avrodur.
Seneqallı hücumçu ötən yay “Everton”a qoşulub və klubla 2029-cu ilin ortalarına qədər olan müqavilə imzalayıb.
Ndiaye bu mövsüm “Everton”da 15 oyuna çıxıb və 4 qol vurub.

