Ona 114 milyon avro qiymət qoydu - Premyer Liqa təmsilçisi

29 Noyabr 2025 18:40 İngiltərə 720
Ona 114 milyon avro qiymət qoydu - Premyer Liqa təmsilçisi

“Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Andersonun qış transfer pəncərəsində klubdan ayrılması real görünmür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “meşəçilər” 23 yaşlı futbolçu üçün yanvarda daxil olacaq bütün təklifləri rədd etməyə hazırlaşır.

Andersonla “Arsenal”, “Çelsi”, “Nyukasl”, “Aston Villa”, “Mançester Yunayted” və “Liverpul” kimi klublar ciddi şəkildə maraqlanır.

“Nottingem Forest” ingiltərəli futbolçusuna təxminən 114 milyon avro qiymət qoyub və klub hesab edir ki, bu məbləğ potensial alıcıları geri çəkilməyə məcbur edəcək.

Anderson cari mövsümdə bütün turnirlərdə 16 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!