“Liverpul”un sabiq yarımmüdafiəçisi Ditmar Hamann “qırmızılar”ın baş məşqçisi Arne Slotun yaxın vaxtlarda istefa verə biləcəyini düşünür.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Slotun nəzarəti itirdiyini bildirib:
“Liverpul”un PSV-yə 1:4 hesabı ilə uduzması son 12 matçdakı 9-cu məğlubiyyəti oldu.
Mən hesab edirəm ki, Arne Slot komandaya nəzarəti itirib. Komanda dağılır, hər kəs öz bildiyini edir, məsələn, Məhəmməd Salah PSV-nin ikinci qolundan əvvəl…
“Liverpul”un Premyer Liqada ilk dördliyə düşməsi ciddi problemlə üzləşəcək. Mən inanmıram ki, bu çətinlikləri tez və asan həll etmək olar.
Vəziyyət o qədər mürəkkəbdir ki, klub mütləq baş məşqçinin gələcəyi barədə müzakirə aparacaq.
Slotun sonu yaxındır. Əvvəlki mövsümün uğurlarından sonra bu yerə gələcəyini düşünmürdüm, amma hesab edirəm ki, onun xidmətləri artıq tükənib”.
Son 12 matçdan 9-nu uduzan Mersisayd təmsilçisi noyabrın 26-da, UEFA Çempionlar Liqasının 5-ci turunda PSV-yə 1:4 hesabı ilə məğlub olub. “Qırmızılar” bu turnirdə “Qarabağ”ın rəqiblərindən biridir.

