“Real” “Liverpul”un müdafiəçisi İbrahima Konateni yayda azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Fransalı futbolçunun “qırmızılar”la müqaviləsinin müddəti 2025/26 mövsümünün sonunda başa çatacaq.
Sportinfo.az “TEAMtalk”-a istinadən xəbər verir ki, Madrid klubu mövsüm bitdikdən sonra Konateni razı sala biləcəyinə inanır.
Bununla belə, “Liverpul” rəhbərliyi yeni müqavilə ilə bağlı danışıqların gedişindən məmnundur və son görüşlər ümidverici keçib.
Hazırkı mövsümdə çıxışı o qədər də yaxşı olmasa da, 26 yaşlı müdafiəçi “Real”ın transfer planlarında hələ də prioritet sayılır. Ona “Bayern” və PSJ-nin də maraq göstərdiyi iddia olunur.

