“Qalibiyyət üçün lazım olan cavabı axtarırıq” - “Qarabağ”ın rəqibinin baş məşqçisi

18:20 İngiltərə 70
“Qalibiyyət üçün lazım olan cavabı axtarırıq” - “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasında PSV qarşısında 1:4 hesablı ağır məğlubiyyətdən sonra komandanın durumundan danışıb.

Mersisayd təmsilçisi ardıcıl ikinci dəfə öz meydanında böyük hesabla uduzub.

Komanda bundan əvvəl İngiltərə Premyer Liqasının 12-ci turunda “Nottingem Forest”ə 0:3 hesabı ilə məğlub olmuşdu.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis hazırda əsas məqsədlərinin çıxış yolunu tapmaq olduğunu deyib:

“Biz qalibiyyət üçün lazım olan cavabı axtarırıq. Nəticədə, ən vacib olan klubun mövcudluğunun əsas səbəbini yerinə yetirməkdir: mübarizəni davam etdirmək. Biz birlikdə döyüşməliyik”.

Slot əlavə edib ki, komanda qalib gəlsə də, uduzsa və ya heç-heçə də etsə, o, daim verdiyi qərarları təhlil edir.

“Qırmızılar”ın bu nəticələri klubun böhran vəziyyətinə düşdüyünə dair narahatlıqları artırıb. Növbəti oyun komandanın vəziyyətinə təsir edəcək mühüm sınaqlardan biri olacaq.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!