“Mançester Siti” ilə yollarını ayırmağa hazırlaşır - Bu klubun transfer siyahısındadır

28 Noyabr 2025 15:20 İngiltərə 621
“Mançester Siti” ilə yollarını ayırmağa hazırlaşır - Bu klubun transfer siyahısındadır

Portuqaliyalı yarımmüdafiəçi Bernardo Silva səkkiz illik çıxışdan sonra “Mançester Siti” ilə yollarını ayırmağa hazırlaşır.

Sportinfo.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun növbəti dayanacağı İtaliya A Seriyası ola bilər.

“Milan” Silvanın transferi ilə ciddi şəkildə maraqlanır və klub rəhbərliyi artıq onun adını mümkün transfer hədəfləri siyahısına daxil edib.

Bununla yanaşı, vəziyyəti “Yuventus”un baş məşqçisi Luçano Spaletti də yaxından izləyir.

Əsas maneə portuqaliyalı futbolçunun maliyyə tələbləri ola bilər. Silva hazırda “Mançester Siti”də illik 10 milyon avrodan çox qazanır və kəskin maaş azaldılmasına razılıq verməyə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti