Premyer Liqa nəhənginin yola salmaq istədiyi 11 futbolçu kimdir? - SİYAHI

12:20 İngiltərə 79
Premyer Liqa nəhənginin yola salmaq istədiyi 11 futbolçu kimdir? - SİYAHI

Gələn yay “Mançester Yunayted”də ciddi kadr islahatları gözlənilir. “Qırmızı şeytanlar”ın rəhbərliyi komandanı yenidən qurmaq üçün 11 futbolçu ilə yolları ayırmağa hazırlaşır.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, satıla biləcək oyunçuların siyahısında bu adlar yer alır:

Bruno Fernandes, Kobbi Mainu, Markus Reşford, Manuel Uqarte, Kazemiro, Rasmus Hoylund, Ceydon Sanço, Altay Bayındır, Harri Maquayr, Tirell Malasiya və Coşua Zirkze.

Klub bu satışlardan əldə olunacaq gəlirlə heyəti köklü şəkildə yeniləməyi, xüsusilə də, müdafiənin cinahlarını və mərkəz yarımmüdafiəsi kimi problemli mövqeləri gücləndirməyi planlaşdırır.

“Mançester Yunayted” hazırda 12 turdan sonra Premyer Liqada turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Ruben Amorimin komandası bazar günü səfərdə “Kristal Pelas”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!