“Mançester Yunayted”ə transfer olunmaq üzrədir - Sloveniyalı hücumçu

8 Avqust 2025 18:20 İngiltərə 736
“Mançester Yunayted”ə transfer olunmaq üzrədir - Sloveniyalı hücumçu

“Leyptsiq”in hücumçusu Benjamin Şeşko “Mançester Yunayted”ə transfer olunmaq üzrədir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Manchester Evening News” nəşri məlumat yayıb.

Sloveniyalı forvard artıq Mançesterdədir və yaxın zamanda tibbi müayinədən keçəcək. Ardınca onun “qırmızı şeytanlar”la uzunmüddətli müqavilə imzalayacağı gözlənilir.

Mətbuatda yer alan xəbərlərə əsasən, bu transfer “Mançester Yunayted”ə təxminən 76 milyon avroya başa gələcək.

21 yaşlı futbolçu son mövsümdə “Leyptsiq”in heyətində 45 oyunda iştirak edib, 21 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM