
“Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons “Çelsi”yə keçməyə yaxındır.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu artıq transferə şəxsi razılıq verib və indi klublar arasında müqavilə şərtlərinin razılaşdırılması gözlənilir.
London klubu niderlandlı futbolçunun transfer dəyərini 45–50 milyon funt sterlinq (təxminən 51–57 milyon avro) civarında qiymətləndirir və daha yüksək məbləğ ödəmək niyyətində deyil.
“Leyptsiq” Simonsu bu ilin yanvarında PSJ-dən 50 milyon avroya transfer etmişdi. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Danışıqların aktiv fazaya keçməsi isə “Leyptsiq”in hücumçusu Benjamin Şeşkonun satılmasından sonra gözlənilir.