
“Liverpul”un baş məşqçisi Arne Slot yarımmüdafiəçi Florian Virtsin transferi haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni futbolçu haqda bunu söyləyib:
“Virts hücum xəttinə kreativlik qatacaq. Trent Aleksander-Arnoldun gedişindən sonra müdafiədə bunu itirdik.
Onun ötürmələri və irəliləyişləri komandamız üçün çox vacib idi. Virts eyni keyfiyyətlərə malikdir, lakin fərqli mövqedə oynayır”.
Aleksander-Arnold “Liverpul”dan “Real”a keçib. Virts isə 125 milyon avroya “Bayer”dən “qırmızılar”a transfer olunub və yeni klubu ilə 5 illik müqavilə imzalayıb.