O halda icarəyə verməyə razı olacaq ki... ŞƏRTİ VAR

15:20 İngiltərə 103
O halda icarəyə verməyə razı olacaq ki... ŞƏRTİ VAR

“Mançester Siti” yarımmüdafiəçisi Cek Qrilişin “Everton”a keçidinə hələlik müsbət yanaşmır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” 29 yaşlı futbolçu ilə yollarını ayırmağa hazırdır, ancaq onu heyətinə qatmaq istəyənlərə ciddi maliyyə şərtləri irəli sürür.

“Mançester Siti” yalnız o halda Qrilişi “Everton”a icarəyə verməyə razı olacaq ki, qarşı tərəf onun bütün maaşını tam şəkildə öz üzərinə götürsün.

Bu isə real görünmür, çünki hazırda ingilis futbolçunun həftəlik maaşı 300 min funt sterlinq (təxminən 350 min avro) təşkil edir.

Qriliş sentyabrda 30 yaşını qeyd edəcək. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti