Ərəblər Premyer Liqadan hücumçu gətirir - 53 milyon avro ödəyəcəklər

10:00 İngiltərə 150
Ərəblər Premyer Liqadan hücumçu gətirir - 53 milyon avro ödəyəcəklər

Uruqvaylı hücumçu Darvin Nunyes “Liverpul”u tərk edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin rəhbərliyi Səudiyyə Ərəbistanından “Əl-Hilal” ilə tam razılığa gəlib.

Müqaviləyə əsasən, “Əl-Hilal” 26 yaşlı forvard üçün 53 milyon avro ödəyəcək. Sözləşməyə daxil olan bonuslar nəticəsində məbləğ arta bilər.

Hazırda Səudiyyə Ərəbistanı klubu Nunyeslə şəxsi müqavilə şərtlərini müzakirə edir. Onun yaxın günlərdə bu transferə “yaşıl işıq” yandıracağı gözlənilir.

Bundan əvvəl mətbuatda “Milan”ın da Nunyeslə maraqlandığı bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti