78 milyon avronu ödəməyə hazır deyillər - Keçidi baş tutmayacaq

18:20 İngiltərə 142
78 milyon avronu ödəməyə hazır deyillər - Keçidi baş tutmayacaq

İngiltərə millisinin və “Kristal Pelas”ın oyunçusu Ebereçi Ezenin “Arsenal”a mümkün transferi baş tutmaya bilər.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, səbəb “Kristal Pelas”ın 27 yaşlı futbolçunun satışından gözlədiyi yüksək məbləğdir.

“Topçular” Ezenin transferi üçün tələb olunan 78 milyon avronu ödəməyə hazır deyillər.

Halbuki futbolçunun özü “Arsenal”a keçməyə müsbət yanaşır və karyerasını yüksək səviyyəli klubda davam etdirmək istəyir.

İngiltərəli futbolçunun “Kristal Pelas”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. O, 2024/2025 mövsümündə 43 oyunda iştirak edərək, 14 qol vurub və 11 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”