Yeni müqavilə təklif olunacaq, maaşı artırılacaq - “Mançester Siti”də

5 Avqust 2025 18:40 İngiltərə 738
Yeni müqavilə təklif olunacaq, maaşı artırılacaq - “Mançester Siti”də

“Mançester Siti”nin rəhbərliyi yarımmüdafiəçi Rodri Hernandeslə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu ispaniyalı futbolçunun müqaviləsinin müddətini 2029-cu ilin ortalarına qədər uzatmağa hazırlaşır.

Bundan əlavə, klub onun maaşını artırmaq qərarına gəlib. Rodri komandanın ən yüksək maaş alan oyunçularından birinə çevrilə bilər.

29 yaşlı futbolçunun “Mançester Siti” ilə 2027-ci ilin iyun ayının sonuna qədər müqavilə öhdəliyi var.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM