
“Mançester Yunayted” və “Nyukasl” “Leyptsiq”in hücumçusu Benjamin Şeşko uğrunda mübarizəni davam etdirir.
Bir müddət əvvəl “Nyukasl”ın yarışda öndə olduğu bildirilsə də, Almaniya klubu təklif olunan transfer məbləğini qəbul etməyib və bu səbəbdən vəziyyət yenidən qeyri-müəyyən hal alıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu hazırda “Mançester Yunayted”ə üstünlük verir.
Ancaq Şeşko transferə razılıq verməzdən öncə “Mançester Yunayted”in “Leyptsiq”in yüksək maliyyə tələblərini ödəyə biləcəyinə əmin olmaq istəyir.
Hazırda sloveniyalı forvardın gələcəyi “Leyptsiq”in mövqeyindən asılıdır. Klublar arasında razılıq əldə olunarsa, onun Premyer Liqaya keçidi reallaşa bilər.