
“Çelsi”nin futbolçusu Joao Feliks karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, “Əl-Nəsr” portuqaliyalı hücumçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ərəblər Feliks üçün London klubuna 30 milyon avro təzminat ödəyib. 25 yaşlı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Feliks ötən mövsümün ikinci yarısında icarə əsasında “Milan”ın formasını geyinib. Portuqaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.