Yeni imici ilə gündəmə gələn baş məşqçi: “Özümü 75 yaşında hiss edirəm”

29 İyul 2025 00:00 İngiltərə 3 501
Yeni imici ilə gündəmə gələn baş məşqçi: “Özümü 75 yaşında hiss edirəm”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola özünü 75 yaşında hiss etdiyini deyib.

Sportinfo.az xəbər verir ki, 54 yaşlı mütəxəssis yeni imici ilə gündəmə gəldikdən sonra bu barədə danışıb:

“Kriştianu Ronaldo bioloji yaşının 28 olduğunu bildirmişdi. Amma mənim bioloji yaşım sanki 75-dir. Özümü o qədər bərbad hiss edirəm. Hazırda hər yerim ağrayır”.

O, həmçinin “Mançester Siti” ilə müqaviləsi başa çatandan sonra istirahətə çıxacağını deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti