
İngiltərənin gənc və perspektivli qapıçılarından olan Ceyms Trafford “Mançester Siti”yə transfer olunmağa çox yaxındır.
“Şəhərlilər”in yetirməsi olan Trafford hazırda “Bernli”nin heyətində çıxış edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu artıq keçidə razılığını verib və iki klub 27 milyon funt-sterlinq transfer məbləği üzərində razılığa gəlib.
Bu rəqəm Traffordun 40 milyon funt-sterlinq dəyərindəki sərbəst qalma maddəsindən xeyli aşağıdır.
Trafford bu gün “Mançester Siti” üçün tibbi müayinədən keçəcək və transferin rəsmən açıqlanması gözlənilir.
22 yaşlı qolkiper son mövsümdə “Bernli”nin heyətində Çempionşipdə 45 oyun keçirib və bunlardan 29-da qapısını toxunulmaz saxlayaraq, diqqətçəkən performans göstərib.