Malikə 35 milyon avro təklif etdi - Premyer Liqa təmsilçisi

28 İyul 2025 15:40 İngiltərə 617
Malikə 35 milyon avro təklif etdi - Premyer Liqa təmsilçisi

“Everton” “Lion”un yarımmüdafiəçisi Malik Fofana ilə maraqlanır.

Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi “Lion”a 35 milyon avro təklif edərək, belçikalı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.

Bununla belə, Fransa klubu vinger üçün ən azı 5 milyon avro daha çox almaq istəyir.

Fofana həmçinin, “Bayern” və “Liverpul”un transfer hədəfidir.

20 yaşlı futbolçu son mövsümdə bütün turnirlərdə 41 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti