Mərc qaydalarını pozmaqda ittiham olunurdu, bəraət alacaq

27 İyul 2025 16:55 İngiltərə 535
Mərc qaydalarını pozmaqda ittiham olunurdu, bəraət alacaq

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa mərc qaydalarının pozulması ilə bağlı açılmış istintaqdan böyük ehtimalla bəraət alacaq.

Sportinfo.az “The Times”-a istinadən xəbər verir ki, braziliyalı futbolçunun bu işdə günahkar olmadığı qənaətinə gəlinib.

İngiltərə Futbol Assosiasiyası (FA) əvvəlcə Paketanı spot-fiksinq – yəni, dörd Premyer Liqa oyunu zamanı bilərəkdən sarı vərəqə almaqla mərc bazarını təsirləndirməkdə ittiham etmişdi.

Bu oyunlar “Lester” (noyabr 2022), “Aston Villa” (mart 2023), “Lids” (may 2023) və “Bornmut” (avqust 2023) matçlarındakı sarı vərəqələri əhatə edirdi.

Müdafiə tərəfində baş məşqçi David Moyes ifadə verib, Paketa isə ittihamları rədd edir. İddialara əsasən, o, sarı vərəqə almaq niyyətində olmayıb və təşkilatlanmış saxtakarlıq sübut edilməyib.

Daha əvvəl bildirilmişdi ki, FA Paketa üçün ömürlük cəza tələb edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!