İngiltərəli müdafiəçini transfer edə bilər - “Mançester Siti”

10:15 İngiltərə 92
İngiltərəli müdafiəçini transfer edə bilər - “Mançester Siti”

“Mançester Siti” “Nyukasl”ın müdafiəçisi Tino Livramentonun transferi üzərində fəal işləyir.

Sportinfo.az “TBR Football”-a istinadən xəbər verir ki, “şəhərlilər” 22 yaşlı futbolçunu almaq yolunda daha bir addım atıb və onun üçün 57 milyon avrodan çox ödəməyə hazırdır.

“Mançester Siti”nin marağı yeni mövsümə qədər müdafiənin sağ cinahının gücləndirilməsi zərurəti ilə bağlıdır.

“Transfermarkt” portalı ingiltərəli oyunçunun bazar dəyərini 40 milyon avro qiymətləndirir. O, 2024/25 mövsümündə bütün turnirlərdə 45 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti