
“Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Quehi “Liverpul”un əsas transfer hədəflərindən biridir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “qırmızılar”ın qısa siyahısında birinci yerdədir.
Müdafiəçinin “Kristal Pelas”la müqaviləsi gələn il başa çatır, ona görə də, klub yəqin ki, onu cari transfer pəncərəsində ucuz qiymətə satmaq məcburiyyətində qalacaq.
“Liverpul” bu yay artıq transferlərə 300 milyon avrodan çox xərcləyib, lakin onlar müdafiəni gücləndirməyin lazım olduğuna inanırlar.
Quehi son mövsümdə Premyer liqada 44 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.